09:55
1 351![]()
ABŞ və Hindistan ikitərəfli ticarət sazişinin razılaşdırılmasının son mərhələsindədirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Hindistandakı səfiri Serjio Qor bildirib.
Diplomat məlumat verib ki, Yeni Dehlidə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qir ilə Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal arasında görüş keçirilib. "Biz ticarət sövdələşməsinin qəti şəkildə razılaşdırılmasına çox yaxınıq", - deyə Qor bildirib. Bununla belə, o, danışıqların başa çatması üçün konkret müddət göstərməyib.
Yeni Dehli və Vaşinqton 2025-ci ilin fevral ayından bəri ikitərəfli ticarət dövriyyəsinin həcmini 2030-cu ilə qədər 500 milyard dollara çatdırmağı nəzərdə tutan genişmiqyaslı ticarət sazişinin imzalanması barədə danışıqları davam etdirirlər.
Məryəm Quliyeva