09:00
2 303.jpg)
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Silahlı Qüvvələr mənsublarına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Azərbaycan Silahlı Qüvvəllərinin dəyərli əsgər və zabitləri!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümü münasibətilə sizi ürəkdən təbrik edirəm!
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddət ərzində nail olduğu tarixi uğurlardan biri də Azərbaycan Milli Ordusunun yaradılması oldu.
108 il bundan öncə yaradılan Azərbaycan Milli Ordusu çətin və şərəfli yol keçərək, inkişaf edib, müasir ordular sırasında layiqli yer tutub.
Dünyada baş verən qarşıdurmalar, beynəlxalq hüququn iflası, müharibələr bir daha göstərir ki, hər bir dövlətin müstəqilliyi və təhlükəsizliyi üçün güclü ordu həyati əhəmiyyət daşıyır.
Ona görə də, indiyə qədər ordu quruculuğu və müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı atılan addımlar yüksək qiymətləndirilməlidir.
İstər regionda, istərsə də dünyanın müxtəlif bölgələrində davam edən gərgin vəziyyət böyük tarixə malik və müstəqilliyimizin qarantı olan ordumuzun daha da güclənməsini zəruri edir.
Ordunun peşəkarlığının artırılması, vətənpərvərlik hissinin gücləndirilməsinin nəticəsində zabit və əsgərlərimiz 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında xalqımıza zəfər bəxş edərək Azərbaycan tarixini öz canı və qanı ilə yenidən yazdı.
Xalqımıza qələbə sevinci yaşatmış Azərbaycan əsgərinin xidmətləri ən yüksək qiymətə layiqdir və heç zaman unudulmayacaq.
Dəyərli Azərbaycan əsgəri! Sizi təbrik edir, hər birinizə möhkəm cansağlığı və uğurlar arzulayıram!”.
08:01
1 001
25 İyun 16:27
1 953
25 İyun 15:52
1 666