"Şahbaz Şərif sülhün əldə olunmasına çalışır" Gündəm

"Şahbaz Şərif sülhün əldə olunmasına çalışır"

İran-ABŞ qarşıdurmasının sonlandırılması üçün Pakistan Baş naziri Şahbaz Şərifin əməyi çox böyük oldu. Qarşıdurma hələlik sona çatmasa da diplomatik danışıqların davam etdirilməsi məhz Şahbaz Şərifin israrı ilə hələlik öz remissiya, yəni gərginliyin zəif tempdə davam etməsi dövrünü yaşayır.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov Pakistanın Baş naziri Şahbaz Şərifin 3-7 iyun tarixlərində İran və Türkiyəyə rəsmi səfərinə münasibətində deyib.

"Hələlik bu qarşıdurmanın tam şəkildə başa çatması üçün Pakistan rəhbərliyinin nüfuzunun buna bəs edəcəyi bəlli olmasa da, görünən odur ki, bu diplomatik addımlar israrla atılmağa davam edir. Məhz Şahbaz Şərifin İran və Türkiyəyə gözlənilən rəsmi səfərinin bu proseslərdə nəticə almaq üçün olduğu şübhəsizdir.

Hesab edirəm ki, qarşıdurmanın mahiyyəti elədir ki, nəticə alınması üçün real şərtlər hələlik mövcud olmasa da, ümid etmək olar ki, regiona sülh gətirmək istəyən sülhpərvər insanların zəhməti hədər getməyəcək".

Cavid