Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
18:12
833
“Bu gün iyul ayının 2-də Azərbaycan polisi öz peşə bayramını şərəflə qeyd edir. Ona görə şərəflə qeyd edir ki, öz missiyasını - dövlətin, xalqın və hər bir vətəndaşın asayişinin və təhlükəsizliyinin təminatı vəzifəsini uğurla, yüksək səviyyədə icra etməkdir. Azərbaycan polisi böyük bir inkişaf yolu keçib və bu gün biz qürur hissi ilə qeyd edirik ki, o, hər birimizi qoruyur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, Azərbaycan polisinin şanlı tariximizin qızıl səhifələrində özünəməxsus yeri var: “Bu gün Azərbaycan polisi ilə biz ona görə fəxr edirik ki, o, həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində rəşadət göstərib, şəhidlik zirvəsinə yüksəlib. Eyni zamanda, bir günlük antiterror əməliyyatlarında da Azərbaycan polisi öz sözünü dedi. Bu gün Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün ərazilərimizdə suverenliyimiz tam və qəti təmin edilib və bu tarixi vəzifənin icrasında Azərbaycan polisinin müstəsna xidmətləri olub”.
E.Nəsirov Azərbaycan polisi haqqında bir müqayisə də aparıb: “Bir neçə il bundan öncə Avropa İttifaqı, eyni zamanda, NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərində səfərdə olduq. Yadımdadır, gecə saat 10-da artıq bizə söylədilər ki, otelə qayıtmağımız məsləhətdir. Biz isə dedik ki, Brüsseli görmək, şəhəri gəzmək istəyirik. Çünki biz bütün günü iclaslarda olmuşuq, indi istəyirik şəhəri görək. Dedilər ki, axşam saat 10-dan ondan sonra otelə qayıdın, çünki sizin təhlükəsizliyinizə yüz faizlik təminat verə bilmirik. Təsəvvür edin, NATO və Avropa İttifaqının mənzil-qərargahının yerləşdiyi şəhərdə polis vətəndaşların təhlükəsizliyinə və asayişinə yüz faizlik təminat vermir. Bu reallıqda biz bir-birimizə baxdıq, nümayəndə heyətinin üzvləri də söylədi ki, Azərbaycanın paytaxtı Bakı şəhərində gecə səhərə qədər sərbəst gəzə bilərsən və heç bir təhlükə ilə üz-üzə qalmazsan. Çünki Azərbaycan polisi yerindədir və hər bir vətəndaşımızın asayişini, təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir. Bayramınız mübarək olsun, hər birimizin keşiyində dayanan əziz polis əməkdaşları!”.
Röya İsrafilova