09:45
1 274
ABŞ Dövlət Departamenti məlumat verib ki, Vaşinqtonda keçirilən kibertəhlükəsizlik üzrə 11-ci ABŞ-Yaponiya dialoqunun yekunlarına əsasən, tərəflər kibermüdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər.
Xalqcebhesi.az xəbər verir ki, hər iki tərəf kibertəhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı dərinləşdirib və aşağıdakı öhdəlikləri götürərək ABŞ-Yaponiya ittifaqının möhkəmliyini təsdiq edib:
İnformasiya mübadiləsini və operativ uyğunluğu dərinləşdirmək üçün süni intellekt (Sİ) kimi yeni texnologiyalardan istifadə etmək və etibarlı texnologiyalar bazasında qurulmuş təhlükəsiz və suveren bulud infrastrukturunu inkişaf etdirmək;
Kiberfəzada zərərli fəaliyyətlərə qarşı mübarizə məqsədilə, kibertəhlükələr və mürəkkəb dövlət və qeyri-dövlət kiberaktorlarının fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən kritik infrastruktura yönəlmiş təhdidlər və süni intellektin artan rolu barədə məlumat mübadiləsi aparmaq;
Kiber sahədə beynəlxalq siyasəti əlaqələndirmək və müvafiq milli kiberstrategiyaları bölüşmək;
Hüquq-mühafizə tədbirləri, beynəlxalq diplomatiya və zərurət yarandıqda özəl sektorla əlaqələndirilmiş qarşılıqlı fəaliyyət vasitəsilə Hind-Sakit okean regionunda kiber-cinayətkarlıq və fırıldaqçı çağrı mərkəzləri (koll-sentrlər) ilə mübarizə aparmaq;
Bütün Hind-Sakit okean regionunda üçüncü ölkələrin kiberdayanıqlılığını və müdafiə qabiliyyətini artırmaq üçün texniki yardımın göstərilməsini əlaqələndirmək;
Öz ölkələri daxilində kvant sonrası kriptoqrafiyanın (PQC) tətbiqini sürətləndirmək üçün əməkdaşlıq etmək.
Məryəm Quliyeva