08:10
448
Amerika hərbçiləri İrana qarşı 80-dən çox hədəfə hücum edərək yeni zərbələr seriyasını tamamlayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Mərkəzi Komandanlığın qüvvələri yüksək dəqiqlikli sursatların köməkliyi ilə 80-dən çox hədəfə hücum edərək İrana qarşı yeni hücum zərbələri raundunu başa çatdırıb", — deyə CENTCOM-un bəyanatında bildirilir. Komandanlıq iddia edir ki, bu addım "İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı son hücumlarına cavab" olub.
Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) 60-dan çox kateri də hücuma məruz qalıb.
"ABŞ qüvvələri İranın beynəlxalq ticarət dəhlizi vasitəsilə beynəlxalq kommersiya gəmiçiliyinə hücumlarını davam etdirmək imkanlarını zəiflətmək məqsədilə Hörmüz boğazında və onun yaxınlığında İranın HHM sistemlərinə, komanda məntəqələrinə, sahil radarlarına, gəmi-əleyhinə raket sistemlərinə və SEPAH-ın 60-dan çox katerinə zərbələr endirib", — deyə CENTCOM-un bəyanatında qeyd olunur.
Məryəm Quliyeva