İran: "ABŞ quru əməliyyatına başlayarsa, onun üçün əsl cəhənnəm hazırlayacağıq" Gündəm

İran: "ABŞ quru əməliyyatına başlayarsa, onun üçün əsl cəhənnəm hazırlayacağıq"

Əgər ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı quru əməliyyatına qərar verərsə, İran Amerika ordusunun hərbi qulluqçuları üçün "əsl cəhənnəm" hazırlayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu İran ordusu baş komandanının müavini, kontr-admiral Həbibulla Səyyari bəyan edib.

"Düşmən bilir: əgər belə bir axmaqlıq etsə, geri dönüşü olmayan əsl cəhənnəmə düşəcək. Söz verirəm ki, düşmən nə qədər iddialı bəyanatlar versə də, yenə də öz qüvvələrini bizim sahilimizə çıxarmağa cürət etməyəcək", - deyə İRNA agentliyi onun sözlərindən sitat gətirib.

Məryəm Quliyeva