SEPAH: ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazaları raket və PUA-larla vuruldu Gündəm

SEPAH: ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazaları raket və PUA-larla vuruldu

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Dəniz və Aerokosmik Qüvvələri Amerikanın Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın İran Dövlət Teleradiosunun yaydığı bəyanatında bildirilir.

"SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələrinin döyüşçüləri, düşmənin ölkənin müxtəlif nöqtələrinə etdiyi hücumlardan dərhal sonra həyata keçirilən birgə raket və pilotsuz uçuş aparatı (PUA) əməliyyatı zamanı ABŞ-nin Küveytdəki "Əli əs-Salim" və "Arifcan", həmçinin Bəhreyndəki "Əl-Cüfeyr" və "Şeyx İsa" bazalarının əsas obyektlərini və infrastrukturunu məhv ediblər", — deyə bəyanatda qeyd olunur.

SEPAH xəbərdarlıq edib ki, Amerikanın hücumları təkrarlanacağı təqdirdə Tehran cavab tədbirlərini genişləndirəcək və bu addımlar ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki digər bazalarına da yönələcək.

Məryəm Quliyeva