"ABŞ və İsrail heç vaxt İrana güzəştə getməyəcək" Gündəm

"ABŞ və İsrail heç vaxt İrana güzəştə getməyəcək"

ABŞ ilə İran arasında münaqişə illərlə davam edəcək. Baxmayaraq ki, hərdən tərəflər ictimaiyyətə aralarında razılığın əldə olunduğu mesajını verirlər. Bu mesajlar elə onların özlərini aldadır.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.

"Tərəflər bir neçə dəfə görüş keçiriblər, heç bir razılıq əldə olunmayıb. Danışıqlardan bir gün sonra hücumlar başlayıb. Bir-birlərini ittiham ediblər. Bu dəfə də belə oldu, ABŞ İranın ona ilk zərbə endirdiyini, İran isə öz növbəsində ABŞ-ın danışıqları pozduğunu, ona hücum etdiyini deyib. Raket hücumları təhdid dilində müharibəyə çevrilib" - o, qeyd edib.

F.Kərimov onu da deyib ki, ABŞ ilə İran arasında sülh razılaşması alınması məsələyə oxşamır, çünki burada İsrail faktoru var: "İsrail heç vaxt buna razılıq verməz. ABŞ isə İsrail kimi müttəfiqini itirməz. İran da ABŞ-ın şərtlərini yerinə yetirməyəcək. Bu gün yenidən Hörmüz boğazı üstündə mübahisə qızışıb, ABŞ nəzarəti tam ələ keçirdiyini deyir. ABŞ və İsrail heç vaxt İrana güzəştə getməyəcək, regional maraqlar buna imkan vermir, müharibə hər an başlaya bilər".

Cavid