"İran ABŞ-nin şərtini qəbul edəcək" Gündəm

"İran ABŞ-nin şərtini qəbul edəcək"

ABŞ ordusu İrana qarşı növbəti hücum dalğasına başlayıb. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ABŞ Silahlı Qüvvələri ardıcıl beşinci gecə İranın hərbi potensialını daha da zəiflətmək üçün yeni zərbələr dalğası həyata keçirməyə başlayıb.

Siyasi ekspert Füzuli Kərimov xalqcebhesi.az-a deyib ki, ABŞ-ın İrana hücumu ilə paralel olaraq danışıqlar da aparılır, lakin İran tərəfi bunu təkzib edir: "Ağ Evin mətbuat katibi Karolina Levitt deyib ki, ABŞ və İran arasında danışıqlar davam edir. ABŞ ordusu onlara qarşı dağıdıcı zərbələr endirdiyi üçün bizimlə razılaşma əldə etmək istədiklərini bildirirlər. Bu inandırıcıdır, Fevralın 28-dən ABŞ və İsrailin İrana hücumu rəsmi Tehranın hərbi infrastrukturunu dağıtdı. Düzdür, bu gün İran ABŞ-la meydanda üz-üzədir, amma elə özləri təsdiqləyiblər ki, ABŞ güclüdür. İranın danışıqlara məcbur olduğu faktdır. Tehran artıq gücdən düşüb, müharibənin sülh yolu ilə həllini istəyir. Lakin nüvə məsələsindən geri çəkilmək də istəmir. Amma hadisələrin bu istiqamətdə cərəyan etməsi onu göstərir ki, İran mütləq danışıqlara gedəcək, buna məcbur olacaq və nüvə məsələsində də ABŞ-ın şərtini qəbul edəcək".

Cavid