KİV: Tramp 60 ölkədən idxal olunan mallara yeni rüsumlar tətbiq edə bilər
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edildi
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
12:10
1 694
Danışıqların dalana dirənməsi ABŞ və İrana aralarındakı münasibətləri yenidən hərbi yolla müəyyən etmək yoluna sövq etdi. Amma tərəflər yaxşı başa düşürlər ki, bu, əvvəlki dövrlərdən fərqli dövrdür. Danışıq mühiti artıq yoxdur, bir-birinə etibar da yox olub. Demək olar ki, artıq ölüm, ya qalım dövrü başlayıb və müharibə tərəflərdən birinin məcburi şəkildə geri çəkilməsi ilə başa çatmalıdır. Bu da müharibənin uzun sürəcəyi anlamına gəlir. Çünki tərəflərdən heç biri məğlub olmağı dözə almaq istəmir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"ABŞ-nin İranın bütün hərbi və dinc infrastruktur obyektlərini vurması da onu göstərir ki, danışıqlara artıq yer qalmayıb.
İsrailin bu müharibəyə qoşulmaması, əslində İran üçün daha dağıdıcı hücumdan sığortalanmaq üçün bir haldır. İran bilir ki, onların müharibəyə qoşulması daha çox idarəetmə sisteminin, dövlət adamlarının məhv edilməsinə yönələcək. Ona görə də İsrailə zərbə endirilmir. Amma İsrailin də məqamı çatanda müharibəyə qoşulması mütləq olacaq - o, qeyd edib.
Cavid