Milli mətbuatda dövlətçilik düşüncəsi – Komitə sədrinin YAZISI
Rubio Lavrovla Ukrayna məsələsini müzakirə etmək niyyətindədir
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb
12:29
1 281.jpg)
İran hakimiyyəti münaqişənin tənzimlənməsi məsələsi üzrə ABŞ ilə danışıqları bərpa etməyə can atmır, ABŞ prezidenti Donald Trampın bütün bəyanatları yalnız neftin qiymətini düşürməyə yönəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran parlamentinin (Məclis) Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi, deputat Həsən Qəşqavi bəyan edib.
"Trampın guya İranın danışıqlar xahişi ilə müraciət etməsi barədə iddiası heç bir halda həqiqətə uyğun gəlmir. Onun təkrar olunan yalanları artıq bazarları qısa müddətə belə sakitləşdirmək iqtidarında deyil", — deyə o, "X" sosial şəbəkəsində yazıb. Qəşqavi ABŞ liderinə "düşdüyü bataqlıqdan çıxmaq üçün" daha effektiv yollar axtarmağı məsləhət görüb.
İyulun 21-də Tramp bildirmişdi ki, İran ABŞ ilə yeni görüşə can atır, lakin Vaşinqton "Tehran ciddi şəkildə hazır olana qədər" hələlik danışıqların bərpasında maraqlı deyil.
Məryəm Quliyeva