ABŞ İrana hücumlarda ilk dəfə "B-1" bombardmançısını tətbiq edib
İran ABŞ-ni axtarış-xilasetmə gəmilərinə zərbələr endirməkdə ittiham edib
ABŞ Nümayəndələr Palatası Pentaqona 1,15 trilyon dollar ayrılmasını təsdiqləyib
Hörmüz boğazından icazəsiz keçmək istəyən tankerdə partlayış baş verib
İran ABŞ-nin İraqla sərhəddəki buraxılış məntəqəsini vurduğunu bildirib
07:26
539.jpg)
Üç neft tankeri İranla razılaşdırılmadan Hörmüz boğazından keçməyə cəhd edib, nəticədə gəmilərdən birində partlayış və yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) məlumat yayıb.
"Üç neft tankeri Hörmüz boğazından minalanmış marşrutla keçmək niyyətində olub. Onlardan birində baş verən partlayış və güclü yanğından sonra digər iki gəmi tam sürətlə geriyə dönərək geri çəkilib", — deyə İran dövlət teleradio şirkəti SEPAH-ın bəyanatını sitat gətirib.
Silahlı Qüvvələr vurğulayıb ki, Hörmüz boğazı İranın nəzarəti altında olduğu müddətdə İslam Respublikası ilə razılaşdırılmadan heç bir gəmi boğaza girə və ya oradan çıxa bilməz.
Məryəm Quliyeva