"İran tezliklə danışıqlar masasında oturacaq" Gündəm

"İran tezliklə danışıqlar masasında oturacaq"

ABŞ-nin İrana hücumlarını davam etdirməsi Tehranı çıxılmaz vəziyyətə qoyub, düzdür, İran da qonşu müsəlman ölkələrində yerləşən ABŞ hərbi hissələrinə cavab verir, amma tərəflərin güclərini müqayisə edəndə ABŞ irəlidədir, İran sonadək duruş gətirə bilməyəcək.

Bunu xalqcebhesi.az-a siyasi ekspert, QHT sədri Füzuli Kərimov deyib.

O, qeyd edib ki, İranın İordaniya, Küveyt, Bəhreyn, hətta Suriyanı hədəfə alması müsəlman ölkələri ilə arasındakı münasibətləri daha da kəskinləşdirib, bu isə onun qonşuluq siyasətinə ciddi zərbədir. Ona görə də rəsmi Tehran ABŞ-la danışıqlara gedəcək.

O, qeyd edib ki, Tramp da İranın çox tezliklə ABŞ ilə razılığa gəlməyə hazır olacağını deyib.

Xatırladaq ki, Trampın sözlərinə görə, İran razılaşma istəyir, amma hələ hazır deyil.

"Deyərdim ki, onlar razılaşmaya hazır deyillər, çünki hər dəfə razılaşma əldə edəndə, onu dəyişdirmək istəyirlər. Onlar hazır deyillər, amma çox tezliklə hazır olacaqlar", - deyə Amerika lideri Corciya ştatının Mariette şəhərində çıxışı zamanı bildirib.

Cavid