Belqorod şəhərinə dron hücumu nəticəsində 12 nəfər yaralanıb Gündəm

Belqorod şəhərinə dron hücumu nəticəsində 12 nəfər yaralanıb

Ukrayna dronları Belqorod şəhərinə hücum edərək, ikisi uşaq da daxil olmaqla 12 nəfəri yaralayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Belqorod Vilayətinin Əməliyyat Qərargahının "Max" kanalında məlumat verilib.
"Belqorod yenidən düşmən dronlarının kütləvi hücumuna məruz qalır. Hazırda iki uşaq da daxil olmaqla 12 mülki şəxsin itkisi barədə məlumat daxil olub", - deyə açıqlamada bildirilir.

Xüsusi qrup təsdiqləyib ki, yaralılardan biri qəlpə yaraları səbəbindən hadisə yerində müalicə alıb. Digər yaralılar isə xəstəxanaya yerləşdirilib.

Məryəm Quliyeva