Nazir müavini: Azərbaycan hazırda Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına töhfə verir
Yaponiya əhalisi 42 ildən sonra ilk dəfə 120 milyondan aşağı düşdü
Neymar Braziliya millisində karyerasını başa vurduğunu açıqladı
“Azərkosmos” 33 ölkəyə 13,1 mln. dollar dəyərində xidmət ixrac edib
“Dəhliz məsələsi yalnız iki dövlət arasında etimadla həll olunmalıdır”
12:54
644
İran rəhbərliyinin nümayəndələrinin məhv edilməsinə cavab olaraq Yaxın Şərq ölkəsi yüksəksəviyyəli İsrail rəsmilərinə qarşı sui-qəsd hazırlaya bilər. Son günlər İsrailin hazırkı və keçmiş nazirləri, habelə digər yüksəksəviyyəli şəxsləri müvafiq xəbərdarlıqlar alıblar.
Xalqcebhesi.az xəbər verir ki, "Ynet"in məlumatına görə, İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) bir sıradan olan vəzifəli şəxslərin təhlükəsizlik tədbirlərini gücləndirib, həmçinin onlara adət etdikləri gündəlik rejimi dəyişməyi və əlavə ehtiyat tədbirləri görməyi tövsiyə edib.
Nəşrin məlumatına görə, bu narahatlıqlara görə baş nazir Binyamin Netanyahunun iyulun 27-də Vaşinqtona yola düşdüyü "Knaf-Sion" təyyarəsinin qalxış yeri dəyişdirilib. Təyyarə Ben-Qurion hava limanı əvəzinə İsrail ordusunun Nevatim Hərbi Hava Qüvvələri bazasından havalanıb. Uçuşun yeri və vaxtı barədə əvvəlcədən məlumat verilməyib, baş nazirin dəftərxanasının əməkdaşlarından isə məxfiliyə əməl etmək xahiş olunub. Uçuş marşrutu da gizli saxlanılıb.
Məryəm Quliyeva