Şahin Mustafayevin İrana səfəri başlayıb - FOTO İqtisadiyyat

Şahin Mustafayevin İrana səfəri başlayıb - FOTO

irinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə görüşüb.

Biləsuvarda qazla bağlı problemlər aydınlaşdırılacaq

"Volvo Cars" istehsalı dayandırır

Şəkinin qaz təchizatında fasilə yaranacaq

APA-nın Tehran bürosu xəbər verir ki, Şahin Mustafayev bu səfərə böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb.

O, Azərbaycan və İran prezidentlərinin Aşqabadda keçirilmiş görüşünün əhəmiyyətindən danışıb. Şahin Mustafayev əlavə edib ki, bu görüşdən sonra tərəflər arasında danışıqlar inkişaf edib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Prezidenti İranla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Şahin Mustafayev səfər zamanı müzakirə olunacaq önəmli məsələlərdən birinin tranzit məsələsi olduğunu vurğulayıb.

Səfər çərçivəsində Astara çay körpüsü, Astara dəmir yolu və Naxçıvan yolu, Parsabad-Günəşli dəmir yolunun birləşdirilməsi məsələlərinin müzakirə olunacağını bildirib.