Daha beş gəmi Ukrayna limanlarından İspaniya, İtaliya və Tunisə yola düşüb İqtisadiyyat

Daha beş gəmi Ukrayna limanlarından İspaniya, İtaliya və Tunisə yola düşüb

116 min tondan çox buğda və qarğıdalı olan beş quru yük gəmisi Ukrayna limanlarını tərk edib. Onlar Birgə Koordinasiya Mərkəzindən razılıq alıb.

Bu barədə Koordinasiya Mərkəzindən bildirilib.

"Oktyabrın 2-də Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 116 123 ton taxıl və digər kənd təsərrüfatı məhsulları daşıyan beş gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.

"Lila II" (32,7 min ton qarğıdalı), "Sann Tro" (26,5 min ton buğda) və "BC Raeda" (24 min ton buğda) gəmiləri İspaniyaya yola düşüb. “Rizabey” quru yük gəmisi İtaliyaya 22 min 923 ton, “Doğa K” gəmisi isə Tunisə 10 min ton buğda çatdıracaq.

Bildirilib ki, təyinat yerinə çatan taxıl emal oluna və sonra başqa ölkələrə daşına bilər.