“Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına töhfə verəcək” İqtisadiyyat

“Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına töhfə verəcək”

“Aydındır ki, istər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhаəsini bir daha təsdiq edir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Onun fikrincə, İGB-nin reallaşması Cənub Qaz Dəhlizi ərsəyə gələndən sonra daha da aktuallaşdı: “Bu daxili şəbəkə vasitəsi ilə Azərbaycan qazının Avropanın enerji diversifikasiyasına daha çox ehtiyac olduğu bölgələrinə çıxması deməkdir. Bununla da Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhvə vermis olacaq”.

Əli