“Dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirlərinin proqnozu 1 milyard 807 milyon manat artırılıb” İqtisadiyyat

“Dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirlərinin proqnozu 1 milyard 807 milyon manat artırılıb”

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bir sıra məsələlərə münasibət bildirib. Xalqcəbhəsi.az xəbər verir ki, T.Mirkişili bildirib ki, 2023-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı layihə haqqında həm biz, həm də Maliyyə və İqtisadiyyat nazirləri, Mərkəzi Bank idarə heyəti sədri və Hesablama Palatası sədri tərəfindən ətraflı məlumat verilib, müzakirə zamanı 50 deputat çıxış edib: “Deputat həmkarlarım layihəni konseptual olaraq 1-ci oxunuşda dəstəkləyib, bir sıra təkliflərlə çıxış ediblər, təqdim olunan makro çərçivənin iqtisadi imkanlarımıza uyğun olduğunu, dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanını yaradacağını qeyd ediblər”. T.Mirkişili bildirib ki, 2023-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər sırasında 2023-ci il üçün dövlət büdcəsi layihəsində dövlət büdcəsi gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522.9 milyon manat çox olaraq 30 milyard 720.7 milyon manat, xərcləri isə 2022-ci ilə nisbətən 996.2 milyon manat artılıraq 33 milyard 300 milyon manat nəzərdə tutulub: “Dövlət büdcəsi kəsirinin 2 milyard 579.9 milyon manat, neftin bir barelinin orta illik qiymətinin isə 50 dollar olacağı ssenarisi əsasında 2023-ci ildə inflyasiyanın orta illik göstəricisinin 6.9 faiz, ümumi daxili məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əmək haqqının isə 898 manat olacağı proqnozlaşdırılıb. Qeyd edim ki, dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirlərinin proqnozu 1 milyard 807 milyon manat artırılıb. Gəlirlərdə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən gələn gəlirlərin 2022-ci ilə nisbətən 3 dəfə çox, yəni 321.2 milyon manat planlaşdırılıb”.

Əli