“Naxçıvana ayrılan dotasiya azaldılacaq”-maliyyə naziri İqtisadiyyat

“Naxçıvana ayrılan dotasiya azaldılacaq”-maliyyə naziri

“2023-cü ilin dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılacaq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov “2023-cü il dövlət büdcəsi haqqında” Qanun layhəsinin müzakirəsi zamanı deyib. Samir Şərifov bildirib ki, büdcə xərclərində dəyişiklik son vaxtlar Naxçıvan Muxtar Respublikasında aparılan islahatlarla bağlıdır: “Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin bazasında Baş İdarə yaradılıb və bu dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək. Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək. Y
31,1 milyon manatda 4,1 milyon manat Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”.
Maliyyə naziri həmçinin icbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsinə ilk növbədə aidiyyəti nazirliklərdə baxılmalı olduğunu bildirib.

Əli