“Elmi kontentə sistemli dəstək lazımdır”
12 İyun 15:43
12 İyun 15:43
12 İyun 14:51
3 May 2023 11:16
3 808
Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında İmprotex Qarabağ Sənaye Kompleksi MMC-yə rezident statusu verilib.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, şirkət investisiya həcmi 7,3 mln. manatdan çox olan minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradacaq, 124 nəfəri işlə təmin edəcək.
"Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək", - M.Cabbarov yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
12 İyun 16:54
2 254
12 İyun 15:35
1 323
12 İyun 13:57
1 540