Məcburi köçkünlərin geri qayıdışı üçün məlumatlandırılmasına 1,2 mln. manat vəsait ayrılıb İqtisadiyyat

Məcburi köçkünlərin geri qayıdışı üçün məlumatlandırılmasına 1,2 mln. manat vəsait ayrılıb

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) məcburi köçkünlərin geri qayıdışla bağlı məlumatlandırılmasına 1,23 milyon manat vəsait ayıracaq.

“APA-Economics” xəbər verir ki, Fond Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması adı ilə tender keçirib. “ADMEDİA.AZ" MMC tenderin qalibi seçilib. Bir illik müqavilənin dəyəri 1 milyon 229.943 min manat təşkil edib.

Qeyd edək ki, MKSİF 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin açılmasını təmin edən tədbirlərin həyata keçirilməsi, əsasən sosial infrastrukturun bərpasına yönəldilmiş mikrolayihələrin yerinə yetirilməsi üçün