Neft Fondunun cəmi investisiya portfeli 57 mlrd. dolları ötüb İqtisadiyyat

Neft Fondunun cəmi investisiya portfeli 57 mlrd. dolları ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 1 aprel 2024-cü il tarixinə investisiya portfelinin 69.5%-ni ABŞ dolları təşkil edib (31 dekabr 2023-ci il tarixinə bu göstərici 67.5% olub – red.), bu da ilin əvvəlinə qeyd olunan göstərici ilə müqayisədə 2 faiz bəndi çoxdur.

"APA-Economics" Neft Fondunun hesabatlarına əsasən xəbər verir ki, 2024-cü il 1 aprel tarixinə avro ARDNF-in investisiya portfelinin 19,4%-ni, funt sterlinq – 4,9%-ni, Çin yuanı – 1,1%-ni, Yaponiya yeni – 1,5%-ni, digər valyutalar isə 3.6%-ni təşkil edib.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 7 499 mln. dollarlıq hissəsini (13.2%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 57 014,1 mln. dollara çatıb.