Rusiya neft emalını azaldıb İqtisadiyyat

Rusiya neft emalını azaldıb

Aprelin 11-dən aprelin 17-dək olan dövrdə Rusiyada neft emalı sutkada 5,22 milyon barelə düşüb. Bu da ondan əvvəlki həftə ilə müqayisədə 10 min barel azdır.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bu göstərici son 11 ayda növbəti minimum nəticədir. Buna səbəb pilotsuz təyyarələrin hücumu, planlaşdırılmamış təmir, həmçinin daşqın nəticəsində Orsk neft emalı zavodunun fəaliyyətini dayandırmasıdır.