Azərbaycan və Argentina arasında işçi qrupunun ikinci iclasının keçirilməsi müzakirə edilib İqtisadiyyat

Azərbaycan və Argentina arasında işçi qrupunun ikinci iclasının keçirilməsi müzakirə edilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentinanın Buenos Ayres vilayətinin deputatı Nahuel Sotello ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, o cümlədən sərmayələrin təşviqi və vergilər sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupun ikinci iclasının keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.