“Azgəlirli əhali qrupu inflyasiyanı daha çox hiss edir” İqtisadiyyat

“Azgəlirli əhali qrupu inflyasiyanı daha çox hiss edir”

“Əhalinin orta təbəqəsini yaşayış səviyyəsinin yüksəldilməsi üçün kənd təsərrüfatına yeni imkanların yaradılması, vergilərin və kredit faizlərinin azaldılması bütün informasiya lentlərində qırmızı xətlə keçir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinini birinci oxunuşda müzakirəsi zamanı deyib: “Müqayisə üçün, ekspertlərin mövqeyi maraq doğurur: “Gürcüstan ərazisi Azərbaycanın 19,5%, əhalisi isə Azərbaycan əhalisindən 2,7 dəfə azdır. Azərbaycan Gürcüstana ixrac etdiyindən 5,3 dəfə çox ərzaq məhsulları idxal edir. Belə ki, Azərbaycan Gürcüstana 13 milyon dollar dəyərində yeyinti məhsulları ixrac etdiyi halda, həmin ölkədən 71 milyon dollar dəyərində ərzaq məhsulları idxal edir. Fərqi nəzərə alsaq, ölkəmizdən çıxarılan 58 milyon dollar, yəni 100 milyon manata yaxın vəsait burada qalsaydı, sahibkarlığın inkişafına töhfə olardı. Qiymətlərin artımı və inflasiyanın səviyyəsi informasiya məkanında ən çox müzakirə olunur. İnflyasiyanın pik dövründə qida inflyasiyası 20%-i aşıb. Əhalinin xərclərinin yarıdan çoxunu ərzaq məhsulları təşkil etdiyini nəzərə alsaq, azgəlirli əhali qrupu inflyasiyanı daha çox hiss edir”.