7 Oktyabr 2024 17:54
3 535
Rusiyanın “Ural Hava Yolları” şirkəti oktyabrın 28-dən Soçidən Bakıya birbaşa uçuşlara başlamağı planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilib ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək. Soçidən bazar ertəsi və cümə axşamı, Bakıdan isə reyslər çərşənbə axşamı və cümə günləri baş tutacaq. Uçuş vaxtı təxminən 2 saat olacaq.
Qeyd edək ki, hazırda aviaşirkət Yekaterinburqdan və Moskva yaxınlığındakı Jukovski şəhərindən Azərbaycan paytaxtına uçuşlar həyata keçirir.
Soçi Hava Limanının cədvəlinə əsasən, oktyabr ayında “Azimut” və “Azərbaycan Hava Yolları” (AZAL) da bu marşrut üzrə uçuşlar həyata keçirəcək.
23 May 10:14
1 624
23 May 10:14
2 170
23 May 10:14
1 708