Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
4 Dekabr 2024 13:24
4 676
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 393 milyon 832 min ABŞ dolları təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.7% və ya 109 milyon 832 min ABŞ dolları artıb.
Hesabat dövründə Azərbaycandan Qazaxıstana ixrac 23.2% artaraq 107 milyon 747 min dollara, Qazaxıstandan Azərbaycana ixrac isə 45.6% artaraq 286 milyon dollara bərabər olub.
Bu dövrdə Azərbaycandan Qazaxıstana əsasən meyvə-tərəvəz (kartof, alma, armud, ərik, meşə fındığı, albalı, çiyələk, xurma və sair) konyak, ilkin formalı propilen sopolimerləri, nasos-kompressor boruları, minik avtomobilləri və başqa məhsullar ixrac edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 1%-nə bərabər olub.
Xatırladaq ki, cari ilin on ayında Azərbaycanın ticarət dövriyyəsi 39 milyard 378.7 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 807.5 milyon ABŞ dolları təşkil edib.
15 Sentyabr 15:45
875
15 Sentyabr 12:11
896
15 Sentyabr 12:10
875