

5 Sentyabr 16:56
5 Sentyabr 16:49
5 Sentyabr 15:50
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bildiyimiz kimi, ötən il iki ölkə başçısı tərəfindən İğdır-Naxçıvan boru xəttinin təməli atıldı. Bu il sentyabr-oktyabr aylarına qədər həmin xəttin tikintisinin yekunlaşması nəzərdə tutulurdu və vaxtında da tamamlandı. Açılış olduqdan sonra Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya muxtar respublikada keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda Türkiyənin önəmli banklarından olan “Ziraat” Bankı da Naxçıvanda fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq.
Qeyd edək ki, bu gün Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun iqamətgahında Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə baş konsul Asip Kaya və konsul müavini Ezgi Ahmet çıxış edərək, günün əhəmiyyətindən, türk qəhvəsinin türk mədəniyyətindəki rolundan, tarixindən söhbət açıblar.