İran: "Zəifləməmişik, əksinə, daha da güclənmişik"
26 May 14:54
İrandan Gürcüstana qarpız aparan yük maşınında 110 kq-dan çox marixuana aşkarlanıb
ABŞ narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən gəmiyə zərbə endirib
Çin XİN başçısı: Rəsmi Pekin Yaxın Şərqdə gərginliyin azaldılması üçün çalışır
ABŞ-da ilin əvvəlindən silahlı insidentlər nəticəsində 5 mindən çox insan ölüb
20 May 2025 14:38
2 457
“Azərbaycanda ərzaq buğdası istehsalı problemdir. Yəni ölkə daxilində yüksək keyfiyyətli ərzaq buğdası istehsal etmək hələki mümkün olmur. Biz hər il 1,2-1,3 milyon ton xaricdən buğda idxal edirik. Bu da çox yüksək göstəricidir. Təxminən 200 milyon dollar, hətta bundan bir qədər də çox dəyərində ərzaq buğdası idxal edirik”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Ekspert əlavə edib ki, amma bu ərzaq buğdasının ölkə daxilində istehsalının təşkili üçün fermerlərə ciddi dəstək verilməlidir: “İndi fermerlərə dəstək çox aşağı səviyyədədir. Digər tərəfdən ölkə daxilində suvarma sistemini normal qurmaq lazımdır. Üçüncü bir tərəfdən ölkə daxilində seleksiya işi aparılmalıdır. Keyfiyyətli və məhsuldar sortların yetişdirilməsi üçün alimlər, seleksiyaçılar iş aparmalıdır. Məsələn, biz Kanadada yüksək məhsuldarlıq göstərən toxumu Azərbaycana gətirdik, o, Kanadada 70 sentner verib, Azərbaycanda 25-30 sentner verdi. Ona görə də biz Kanadadan gətirməkdənsə, ölkə daxilində yetişdirməliyik. Yaxud da Kanadadan gətirilən toxumlar əsasında seleksiya aparılmalıdır, ölkə daxilində şəraitə uyğun yüksək məhsuldarlıqlı, keyfiyyətli buğda unu alına bilən buğda sortları yetişdirilməlidir”.
Röya İsrafilova
26 May 17:41
1 302
26 May 17:10
1 407
26 May 16:56
1 463