Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
5 İyun 2025 17:39
5 579
Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz çoxdur.
Bu barədə”APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 843,3 milyon manat təşkil edərək proqnozdan 423 milyon manat və ya 5,7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 589,5 milyon manat təşkil edərək proqnozdan 2,5 milyon manat və ya 0,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18 milyon manat təşkil edərək proqnozdan 3,7 milyon manat və ya 25,9 faiz, Dövlət Neft Fondundan transfert isə 6 033,8 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz və sair daxilolmalar isə 398,4 milyon manat təşkil edərək proqnozdan 297,2 milyon manat və ya 3,9 dəfə çox icra edilib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edərək proqnoza qarşı 86,7 milyon manat və ya 25,4 faiz az icra edilib.
2025-ci ilin 5 ayı üzrə dövlət büdcəsinin xərcləri 14 195 milyon manat proqnoza qarşı 13 691,8 milyon manat, yəni 96,5 faiz icra edilib.
25 Sentyabr 18:39
777
25 Sentyabr 18:38
728
25 Sentyabr 17:34
756