31 Oktyabr 17:08
31 Oktyabr 16:39
13:43
875
"Express Lombard" ASC "Bakı Fond Birjası" (BFB) QSC-də 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.
Xalqcebhesi.az bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15-18 % aralığında olacaq. Faizlər aylıq ödəniləcək.
Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.
"Express Lombard" 2011-ci ildə yaradılıb. Onun səhmlərinin 45 %-i Nicat Həsənova, 45 %-i onun qardaşı Rifat Həsənova, 10 %-i isə Leyla Cabbarovaya məxsusdur. Onlar həm də "İnternational Leasing" ASC-nin eyni nisbətdə səhmdarlarıdır. Bundan başqa, R.Həsənov "International" ASC bank olmayan kredit təşkilatının yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.