13 Noyabr 12:41
13 Noyabr 11:56
09:43
574
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib.
Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edilib ki, cari ilin on ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49,6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22,8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1,03 mlrd ABŞ dolları təşkil edib.