Nazir müavini: Son illərdə 3600-dən çox təhsil müəssisəsi yenidən tikilib İqtisadiyyat

Nazir müavini: Son illərdə 3600-dən çox təhsil müəssisəsi yenidən tikilib

"Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar təhsil sahəsindən də yan keçməyib. Ölkə üzrə son illərdə 3 600-dən çox təhsil müəssisəsi yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. Bu addımlar nəticəsində 1,6 milyon şagird daha rahat və müasir şəraitdə təhsil almaq imkanı əldə edib".

APA xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında deyib.

O qeyd edib ki, 400-dən çox məktəbdə metodik xidmət gücləndirilib, 2 000-dən çox məktəbdə isə yenilənmiş metodik vəsaitlərdən istifadə olunmağa başlanılıb.