AAYDA-nın tunel tikintisi metroda xətlərin ayrılması layihəsində dəyişikliklərə səbəb olub
Ermənistan XİN: Yaxın zamanda Azərbaycanla sülh müqaviləsi imzalamağa ümid edirik
Ceyhun Bayramov Çin XİN rəhbəri ilə regional və beynəlxalq məsələləri müzakirə edib - YENİLƏNİB
İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanıldı - VİDEO
12 Dekabr 2025 11:36
1 379
OPEC hasilat ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsinə dair hesabat hazırlayıb. Hesabata əsasən, 2025-ci ilin noyabr ayında Azərbaycanda xam neft hasilatı orta hesabla günə 456 min barel təşkil edib.
AZƏRTAC OPEC-in hesabatına istinadən xəbər verir ki, bu göstərici oktyabr (günə 458 min barel) və sentyabr (günə 458 min barel) ayları ilə müqayisədə azalıb. Bununla yanaşı, hesabatda göstərilir ki, 2025-ci ilin birinci rübündə ölkədə neft hasilatı orta hesabla günə 466 min barel, ikinci rübdə 461 min barel, üçüncü rübdə isə 458 min barel olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil edilib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ton və ya 4,6 faiz azdır. Hesabat dövründə 22,988 milyon ton xam neft hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 1,1 milyon ton və ya 4,6 faiz azdır.
17:46
462
16:05
763
15:57
763