“Bu, Azərbayan qazının digər ölkələrə ixrac olunmasında xüsusi rol oynayacaq” İqtisadiyyat

“Bu, Azərbayan qazının digər ölkələrə ixrac olunmasında xüsusi rol oynayacaq”

“Azərbaycan qazı İtaliya üzərindən Avstriya və Almaniyaya çatdırılır və bu artıq 16-cı ölkədir. Avstriya kifayət qədər zəngin bir ölkədir, inkişaf səviyyəsinə görə seçilir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

E.Qəribli bildirib ki, gələcəkdə bu ölkə də tranzit ölkəyə çevrilə bilər: “Biz Azərbaycan qazını Avstriya vasitəsilə digər ölkələrə də ixrac edə bilərik və əhəmiyyətli ölkə olduğuna görə bizim də mövqeyimiz artacaq. Həmçinin bu, investisiya cəlb edilməsinə də təsir edəcək. Qeyd etdiyim kimi, gələcəkdə Azərbayan qazının digər ölkələrə ixrac olunmasında xüsusi rol oynayacaq”.

Ekspert hesab edir ki, bu siyahı artacaq: “Biz qaz ixrac etməklə gələcəkdə digər sahələrin də inkişaf etdirilməsinə səylər göstərəcəyik. Bu, baza element olacaq və əməkdaşlıq da artacaq. Təbii ki, burada siyasi dividendlər də olacaq”.

Röya İsrafilova