“Shell” ötən il LNG istehsalını 2% azaldıb İqtisadiyyat

“Shell” ötən il LNG istehsalını 2% azaldıb

“Shell” 2025-ci ildə mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını əvvəlki illə müqayisədə 2% azaldaraq təxminən 28,4 milyon tona endirib.

Bu barədə şirkətin hesabatında qeyd edilib.

Məlumata görə, “Shell” birinci rübdə 6,6 milyon ton, ikinci rübdə 6,7 milyon ton, üçüncü rübdə 7,3 milyon ton, dördüncü rübdə isə 7,8 milyon ton LNG istehsal edib. Dördüncü rübdə artım təmir işlərinin həcminin azalması və “LNG Canada” layihəsinin mərhələli şəkildə istismara verilməsi ilə əlaqədar olub.

Şirkətin LNG satışları 2025-ci ildə 11% artaraq 72,9 milyon tona çatıb. Birinci rübdə satış həcmi 16,49 milyon ton, ikinci rübdə 17,77 milyon ton, üçüncü rübdə 18,88 milyon ton, dördüncü rübdə isə 19,8 milyon ton təşkil edib.

“Shell” 2026-cı ilin birinci rübü üçün LNG istehsalı üzrə proqnozunu 7,4–8 milyon ton səviyyəsində açıqlayıb.

Qeyd edək ki, şirkət daha əvvəl LNG bazarındakı mövqeyini möhkəmləndirmək və 2030-cu ilədək istehsalı hər il 4–5% artırmaq planlarını bəyan etmişdi.