Daşınmaz əmlak alan vətəndaşlara 6,7 milyon manat ƏDV qaytarılıb İqtisadiyyat

Daşınmaz əmlak alan vətəndaşlara 6,7 milyon manat ƏDV qaytarılıb

Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 6,7 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb.

Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-fevral ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 6 milyon 715,7 min manat təşkil edib.