Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix məlum olub
Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyi kompleks yanaşma tələb edir
Konstitusiya Məhkəməsi Plenumunun iclasında konstitusiya işinə baxıldı
Azərbaycanda taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
Hicran Hüseynova: Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi birgə məsuliyyətdir
15:00
686
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ölkəni Azərbaycan və Ermənistanla birləşdirən avtomagistralların yeni dördzolaqlı yollarla əvəzlənməsi üzrə beynəlxalq tender elan edib.
APA-nın yerli bürosu xəbər verir ki, ümumi dəyəri 250 milyon avro təşkil edən layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək.
Yeni avtomagistrallar Rustavi şəhərində başlayacaq, Qırmızı körpü və Sadaxlı istiqamətlərində inşa olunacaq. Layihə üzrə elan edilmiş tenderlə ümumi uzunluğu 61,3 kilometr olan dördzolaqlı yolların tikintisi nəzərdə tutulur.
Hazırda Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirən avtomagistrallar ikizolaqlıdır və əsasən sıx məskunlaşmanın olduğu ərazilərdən keçir. Yeni yolların ötürücülük qabiliyyəti yüksək olacaq və sıx məskunlaşmış ərazilərdən yan ötəcək.
Şirkətlərin lotlar üzrə tender təklifləri bu ilin avqustun 14-dək qəbul ediləcək.