11:53
392
“Süni intellekt və robotlaşdırma prosesinin həm müsbət, həm də mənfi iqtisadi nəticələri ola bilər”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xalqcəbhəsi.az-a açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, süni intellekt və robotlaşdırılmış sistemlər şirkətlərə əmək xərclərini azaltmağa, məhsuldarlığı artırmağa və daha yüksək mənfəət əldə etməyə imkan verir:
“Bu, bəzi hallarda məhsul və xidmətlərin maya dəyərinin azalmasına, iqtisadi səmərəliliyin yüksəlməsinə səbəb olur. Nəticədə həm istehsal prosesləri optimallaşır, həm də müəssisələrin rəqabət qabiliyyəti artır. Prosesin digər tərəfi əmək bazarına təsirlə bağlıdır. Əgər avtomatlaşdırma nəticəsində çox sayda insan işini itirərsə və yeni iş yerləri kifayət qədər yaranmazsa, əhalinin gəlirləri azala bilər. Gəlirlərin azalması isə insanların istehlak imkanlarını məhdudlaşdırır, daxili bazarda alıcılıq qabiliyyətini və tələbi zəiflədir. Bu da xüsusilə istehlak yönümlü bizneslər üçün satışların azalması riskini yarada bilər.”
İqtisadçı vurğulayıb ki, texnoloji inkişafın tarixində oxşar proseslər dəfələrlə yaşanıb:“Tarix göstərir ki, texnoloji yeniliklər bir sıra peşələri aradan qaldırsa da, eyni zamanda yeni ixtisaslar və iş sahələri də yaradır. Buna görə də əsas məsələ avtomatlaşdırmanın özü deyil, əmək bazarının bu dəyişikliklərə nə dərəcədə uyğunlaşmasıdır. Bu keçid dövrünün uğurlu idarə olunması üçün dövlət və özəl sektorun üzərinə mühüm vəzifələr düşür.Dövlətin və biznesin peşə hazırlığına, yeni bacarıqların inkişafına və məşğulluğun dəstəklənməsinə yönəlmiş addımları bu prosesin mənfi təsirlərini əhəmiyyətli dərəcədə azalda bilər. Əsas hədəf texnoloji inkişafla yanaşı insan kapitalının da inkişafını təmin etməkdir”.
Günel Elxan
12:53
77
12:09
427
11:21
427