Baş nazir: 2027-ci il büdcəsində ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq İqtisadiyyat

Baş nazir: 2027-ci il büdcəsində ən böyük xərclərdən biri müdafiə və milli təhlükəsizlik olacaq

Hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaq.

Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində deyib.

Baş nazir bildirib ki, növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 mlrd. manat təşkil edir (xərclərin 21%-i).