“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
1 Avqust 2019 13:23
4 151
Bir təsərrüfat sahibi olaraq dövlətin bizə göstərdiyi dəstəkdən çox razıyam.
Bu sözləri açıqlamasında Xaçmaz rayonu Mollaoba kənd sakini, fermer Şahmar Ələmmədov deyib. O, dövlətin kənd təsərrüfatının inkişafı üçün təsərrüfat sahiblərinə, fermerlərə göstərdiyi dəstəkdən məmnunluğunu ifadə edib:
“Dövlət kənd təsərrüfatının inkişafı üçün dəstək göstərir. Hər il torpağın əkilməsinə görə bizə dotasiyalar verir. Bu işlə məşğul olan biri kimi göstərilən diqqətdən olduqca razıyam. Bizim öz işimizlə məğşul olmağımız üçün lazımi şərait yaradırlar. Mən öz təsərrüfatımda gilas, şaftalı və başqa ağaclar əkirəm. Düzdür, bu il hava şəraiti ilə əlaqədar məhsul yığımı az oldu, amma ümumilikdə götürdükdə qalan hər şey qaydasındadır.
Ümumilikdə 5 hektar sahəm var. Məhsulun suvarılması, yığımı və s. hər şey qaydasındadır”.
Qeyd edək ki, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Müşavirədə kənd təsərrüfatı, eləcə də digər sahələr üzrə görülən işlərdən danışılıb.
13 Dekabr 15:15
1 624
12 Dekabr 16:29
2 135
12 Dekabr 16:27
2 184