11 İyul 18:36
Pakistanın xarici işlər naziri iranlı həmkarı ilə regional gərginliyi müzakirə etdi
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
31 Oktyabr 2019 12:34
2 366
Startapların, mikro, kiçik və orta biznes subyektlərinin “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq təlim, seminar, treninq və digər tədbirlər təşkil olunur.
Bu ilin yanvar-sentyabr ayları ərzində KOBİA tərəfindən Bakıda və ölkə regionlarında yerli və xarici ekspertlər tərəfindən sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, peşə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 16 təlim, 7 onlayn maarifləndirmə tədbiri, 6 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib. Biznesin inkişafı, korporativ idarəetmə, dövlət-özəl tərəfdaşlığı, maliyyə savadlığının atırılması, dövlət satınalmaları və s. mövzularda təşkil edilmiş tədbirlərdə 7 minə yaxın KOB subyekti iştirak edib.
Tədbirlərdə sahibkarlara nəzəri məlumatlarla yanaşı, müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış iş adamları öz təcrübələrini bölüşüblər.
Hazırda KOBİA tərəfindən müasir dövrün tələblərinə uyğun onlayn təlim sisteminin yaradılması istiqamətində işlər aparılır. Onlayn platformada reallaşacaq bu sistem vasitəsilə həyata keçiriləcək maarifləndirmə tədbirləri biznes subyektlərinin fəaliyyətinin daha səmərəli təşkilində əhəmiyyətli olacaqdır.
11 İyul 18:38
1 533
11 İyul 14:09
1 449
11 İyul 12:15
1 505