

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 33 134,9 min ABŞ dolları dəyərində 114 605,6 ton neft və neft yağları idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilir ki, Azərbaycandan idxal olunan məhsulun dəyəri illik ifadədə 31 051,8 min dollar və ya 48,3%, həcmi isə 1 841,7 ton və ya 1,6% azalıb. Belə ki, 2019-cu ilin analoji dövründə Gürcüstan Azərbaycandan 64 186,7 min dollar dəyərində 116 447,3 ton neft və neft məhsulları idxal edib.