Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
3 May 20:20
Azərbaycanda banklar tərəfindən verilən istehlak kreditlərinin həcmi cari il avqustun 1-nə 3 676,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu da öz növbəsində ilin əvvəlinə nisbətən istehlak kreditləşməsinin həcmində 399 mln. manat və ya 9,8% azalma deməkdir.
Hesabat dövründə biznes kreditlərinin həcmində də azalma qeydə alınıb. Bu kateqoriyadan kreditlərin həcmi ilin əvvəlinə nisbətən 403,7 mln. manat və ya 4,5% azalıb.
Bu müddətdə ipoteka kreditlərinin həcmi isə əksinə 5,9% artaraq cari il avqsutun 1-nə 1900,3 mln. manata çatıb.
Qeyd edək ki, bank sektorunun cəmi kredir portfeli bu il avqsutun 1-nə 14 204,5 mln. manat olub. Bu isə ilin əvvlinə nisbətən 696,4 mln. manat və ya 4,7% azdır.
Kredit portfelində azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.