
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Tərtər rayonundan Suqovuşan qəsəbəsinə çəkilən yeni yolun tikinti işləri sürətləndirilib.
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Baş idarə rəisinin müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, artıq yolda asfaltlanma işləri aparılır: "Yolun tikintisində əsas çətinlik ərazinin minalardan təmizlənməsi idi. ANAMA əməkdaşları əsasən yol və yolun mühafizə zolağını minadan təmizlədilər və bu bir az vaxt apardı. Artıq yolun Tərtərdən Suqovuşana kimi olan 21 kilometrlik hissəsində sonuncu örtüyün tikinti işləri gedir, yəni asfalt-beton örtüyü döşənir. Yolun eni 9 metr olacaq. Bu ayın sonuna kimi asfalt-beton örtüyünün vurulması prosesinin birinci mərhələsi başa çatdırılacaq".
Rəis müavini bildirib ki, hazırda paralel olaraq Suqovuşandan Talış kəndinə qədər olan 7,5 kilometrlik yolun tikintisi aparılır: "Yol Talış kəndindən Tapqaraqoyunlu, oradan isə Qaşaltı sanatoriyasına qədər inşa ediləcək. Suqovuşandan Qaşaltı sanatoriyasına qədər yolun ümumi uzunluğu 30 kilometr olacaq".