"Fitch": Azərbaycanın neft ehtiyatları 25 ilə bəs edəcək İqtisadiyyat

"Fitch": Azərbaycanın neft ehtiyatları 25 ilə bəs edəcək

Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.

"APA-Economics" xəbər verir ki, bu, "Fitch Ratings" və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olub.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.

"Fitch"ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə isə 34,6 mln. ton neft istehsal edilib.