BƏƏ kreativ iqtisadiyyatı: Azərbaycan iş adamları üçün yeni biznes paketləri İqtisadiyyat

BƏƏ kreativ iqtisadiyyatı: Azərbaycan iş adamları üçün yeni biznes paketləri

Kreativ İqtisadiyyat getdikcə iqtisadi artım, iqtisadiyyatın şaxələndirilməsi və məşğulluğun əsas aparıcı qüvvəsinə çevrilir. BƏƏ-də Kreativ İqtisadiyyat hökumətin siyasəti, proqramları, maliyyələşdirməsi, iqtisadi çərçivələri, siyasi və iqtisadi sabitliyin təmin edilməsi, tolerant cəmiyyət (istedad cəlb edir), dünya səviyyəli infrastruktur, biznes qurmağın asanlığı (azad ticarət zonaları), təhsil, və coğrafi mövqe sayəsində uğur qazanmışdır.

Kreativ İqtisadiyyat iqtisadiyyatı şaxələndirir, iş yerləri yaradır, gənclərin və qadınların hüquqlarını genişləndirir, ölkəyə investisiyaları cəlb edir, biznesin asanlaşdırılmasını təşviq edir, beynəlxalq əməkdaşlığı dəstəkləyir, milli kimliyi zənginləşdirir, müxtəlifliyi dəstəkləyir, kreativ turizmi genişləndirir.

Beləliklə, Masdar City Azad Zonası Birləşmiş Ərəb Əmirlikləri hökumətinin Əbu-Dabidəki bizneslərin artan ambisiyalarını daha da dəstəkləmək və asanlaşdırmaq üçün atdığı addımlara uyğun olaraq yeni rəqabətqabiliyyətli biznes paketi seçimlərini təqdim etmişdir.

Yeni biznes lisenziyaları indi yalnız 1000 AED (1 BƏƏ dirhəmi AED = 0.4628 AZN) ilə başlayır, yeni və mövcud icarəyə götürən şirkətlərə bizneslərinin xüsusi tələblərinə uyğunlaşma seçimləri ilə elastiklik təklif edir. Azad Zona, qadın sahibkarlar üçün ekslüziv biznes paketi də təqdim edir.

Diqqətəlayiq haldır ki, Masdar City, sürətlə böyüyən təmiz texnoloji klasterə, biznes azad zonasına, restoran, mağaza və ictimai yaşıllıq məkanları olan yaşayış məhəlləsinə ev sahibliyi edən çiçəklənən icmadır. Bu azad zonada start-uplar və KOB-lar var. Şəhərin kirayəçilərindən bəziləri bunlardır:
- Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) (baş ofis)
- Schneider Electric
- Siemens (Yaxın Şərq ofisi)
- Emirates Nüvə Enerji Korporasiyası (ENEC)
- Saint-Gobain
- Mohamed bin Zayed Süni İntellekt Universiteti

Azərbaycanlı iş adamlarını bu fürsətdən istifadə edərək, Əbu-Dabidə öz bizneslərini qurmağa və bölgənin Masdar City innovativ davamlı texnologiyalar mərkəzinə qoşulmağa dəvət edirik. Təfsilatı ilə məlumatı https://masdarcity.ae/ saytından əldə etmək mümkündür.

Cavid