Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti azalıb İqtisadiyyat

Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti azalıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,58% azalaraq 1 776 ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,5% azalaraq 22,33 dollar təşkil edib.